Almaniyada Beynəlxalq Media Forum

“Global Media Forum-2013” Almaniyanın “Deutsche Welle” beynəlxalq yayım şirkəti tərəfindən 17-19 iyun tarixlərində Bonn şəhərində keçiriləcək.

 

Bu il "Gələcək inkişaf – İqtisadi dəyərlər və Media”  mövzusunda təşkil olunan illik konfransda tanınmış siyasətçilər, tədqiqatçılar, ekspertlər, iş adamları və media nümayəndələri iştirak edəcək.

 

Təşkilatçılar forumda dünyanın müxtəlif ölkələrindən təşrif buyuracaq 2000-dən artıq nümayəndənin iştirak edəcəyini proqnozlaşdırır.

 

Bu beynəlxalq forumda siz də iştirkaçı olmağı arzu edirsinizsə, bu ünvana www.dw.de daxil olun və online qeydiyyatdan keçin.

 

12 iyun müraciət üçün son tarixdir.

Date: 24.05.2013, 1012 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi