Beynəlxalq yazı müsabiqəsinin qalibləri Bakıda mükafatlandırıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirdiyi beynəlxalq yazı müsabiqəsinin qalibləri təltif edilib.


Müsabiqə komissiyasının üzvləri hər bir qalib yazara Şuranın xatirə hədiyyələrini və  pul mükafatını təqdim ediblər. Qalib gələn yazarlar çıxış edərək ölkələrində Heydər Əliyev irsinə olan maraqdan, onun  fəaliyyətinə bəslədikləri yüksək ehtiramdan bəhs ediblər.


Qaliblər aşağıdakılardır:
1. Aleksandr Karavayev - Rusiya Federasiyası, “Heydər Əliyev Rusiya üçün: irsin aktuallığı müasirlik kontekstində”
2. Alma Sağınğali – Qazağıstan Respublikası, “Heydər Əliyev haqqında söz”
3. Anastasiya Nikolayeva – Ukrayna Respublikası, “Heydər Əliyev - Azərbaycan xalqının iftixarı!”
4. Gözdə Kılıç – Türkiyə Cumhuriyyəti, “Heydər Əliyev irsi: öz oyununu quran Azərbaycan”
5. Horia Garbea – Rumuniya Respublikası, “Heydər Əliyev: alov insan!”
6. Tamriko Şakaya – Gürcüstan Respublikası, “Heydər Əliyevlə mənim tanışlığım”

Date: 08.05.2013, 793 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi