Azərbaycanlı jurnalistlər Londonda sertifikat aldı

British Council təşkilatının  “2012/2013  Biznes jurnalistikası layihəsi” uğurla  başa çatıb. PASHA Bank ilə əməkdaşlıq və Thomson Foundation təşkilatının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində  KİV nümayəndələri maliyyə paytaxtı sayılan Londonda  biznes jurnalistikası ilə bağlı bir həftə yekun təlimdə iştirak ediblər.

 

Iştirakçılar  “The Financial Times”, “The Guardian” kimi məşhur qəzetlərin redaksiyasında olub, İTV- İTN kanalına baş çəkib, Avropa Yenidənqurma və İnkişaf Bankı  və  London Birjasında olublar.  Jurnalistlər Britaniya Lordlar palatasının fəaliyyəti ilə də yaxından tanış olublar. Bir həftəlik xüsusi təlim proqramının sonunda  Thomson Foundation təşkilatının qərargahında jurnalistlərə sertifikatlar təqdim olunub. Sertifikatları  PASHA Bank və Thomson Foundation təşkilatının  nümayəndəsi təqdim edib.

 

British Council təşkilatının  “Biznes jurnalistikası layihəsi”nin məqsədi  xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və internet mətbuatı) professional bilik və səriştənin artırılmasında kömək etməkdir.

 

Layihə haqqında daha ətraflı məlumat bu ünvanda: www.britishcouncil.az




Date: 27.04.2013, 876 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi