Esse müsabiqəsi

Paşa Bank ilə əməkdaşlıq çərçivəsində British Council Azərbaycan ofisi esse müsabiqəsini elan edir. Layihənin məqsədi – iqtisadi artım, islahatlar və inkişaf ilə bağlı məsələlərə nəzər salaraq, gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir. Esselər İngilis dilində aşağıdakı mövzularda yazılaraq təqdim edilməlidir:

  • Maliyyə böhranı iqtisad modellərinin qeyri-effektivliyinə işarə etmişdirmi?
  • Nə üçün bəzi ölkələr zəngin, bəziləri isə yoxsuldur?
  • Bəzi ölkələr digərlərindən niyə daha tez inkişaf edir? İqtisadi artıma təkan vermək üçün mərkəzi bank hansı addımları ata bilər və bilərmi?
  • Fərdi gəlirlər arasında artan fərqi aradan qaldırmaq üçün ölkə real olaraq hansı mümkün addımları ata bilər?
  • Qara dəniz regionunun 20 il bundan sonrakı vəziyyətini nə cür təsəvvür edirsiniz?

KİM İŞTİRAK EDƏ BİLƏR?

Esse müsabiqəsində 18-22 yaşlı Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri iştirak edə bilər.

MÜKAFATLAR:

1-ci yer – Üç qalib 1 iyul – 9 avqust 2013-cü il müddətinə Londondakı King’s College təhsil müəssisəsinin yay məktəbində (Summer School) iştirak edəcək.

King’s College təhsil müəssisəsinin yay məktəbi barədə məlumat: http://www.kcl.ac.uk/study/summerschool/index.aspx

2-ci yer – Noutbuk

3-cü yer –  IPad

İNŞALAR NƏ CÜR TƏQDİM EDİLMƏLİDİR?

Esse müsabiqəsi üçün inşalar yalnız onlayn (elektron şəkildə) qəbul olunacaq. Esseləri 30 aprel 2013-cü il tarixindən gec olmadan elektron poçt ünvanına göndərin.

 

Daha ətraflı məlumat üçün bu internet ünvanına müraciət edin: www.britishcouncil.az

Date: 20.04.2013, 977 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi