Məqsəd
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” (AJŞ) ictimai birliyi 2012-ci ildə təsis olunub. Birliyin məqsədi Azərbaycanda etik və obyektiv jurnalistika standartlarının yüksəldilməsinə dəstək olmaqdır.
Fəaliyyət
AJŞ – jurnalistlərin peşə bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları və tədbirlər təşkil edir. Eyni zamanda ölkədə və dünyada jurnalistlər üçün təşkil olunan seminarlar, təhsil imkanları və vakansiyalar barədə məlumatlar yayır.
Əməkdaşlıq AJŞ – Azərbaycan jurnalistikasının peşəkarlıq səviyyəsinin müasir standartlara çatdırılması üçün yerli və beynəlxalq media təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlıdır. O cümlədən birlik yerli və xarici jurnalistlər arasında əməkdaşlıq formalaşdıracaq və onların şəbəkələşməsinə töhvə verəcək. |